Türkiyədə içində bomba olan avtomobil partladıldı: Yaralıların sayı açıqlandı - YENİLƏNİB

Türkiyədə içində bomba olan avtomobil partladıldı: Yaralıların sayı açıqlandı - YENİLƏNİB
Siyasət 181

Diyarbəkirdə çevik polis qüvvələrinə qarşı terror hücumunda 9 nəfər yaralanıb.

Yaralıların 8-i polis, biri mülki şəxsdir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb.

***

Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində park edilmiş avtomobil partladılıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, çevik polis maşınının ərazidən keçdiyi zaman avtomobildə olan partlayıcı işə salınıb.

Avtomobilin partladılması nəticəsində 8 polis əməkdaşı yaralanıb.

Əraziyə xilasedicilər cəlb ediliblər. Yaralıların olduğu bildirilir.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Son xəbərlər