Türkiyədə FETÖ əməliyyatı - 90 nəfər saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı - 90 nəfər saxlanıldı
Siyasət 30

Türkiyənin 17 vilayətində 4 gündə FETÖ-yə qarşı keçirilən "Kıskaç-18" əməliyyatlarında 90 şübhəli saxlanılıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, əməliyyatlar Ankara, Antalya, Aydın, Balıkəsir, Bursa, Bitlis, Dənizli, Ədirnə, Qaziantep, Giresun, İstanbul, İzmir, Kayseri, Kütahya, Malatya, Şanlıurfa və Tekirdağda keçirilib.

Əməliyyatlar nəticəsində, külli miqdarda xarici valyuta və türk lirəsi, həmçinin çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.

Son xəbərlər