Türkiyədə faciə ardınca faciə: Xilasedicilər dağılan binanın altında qaldılar - VİDEO

06
fev
2023
19:18
Türkiyədə baş verən 7,5 bal gücündə növbəti güclü zəlzələdən sonra Malatyada bir çox bina yenidən zərər görüb.
Malatyada axtarış-xilasetmə işlərinə kömək edən deputat Vəli Ağbabanın sözlərinə görə, xilasedicilər də dağıntılar altında qalıblar.
“Dünən gecə uçan binanın düz yanında uçmayan bina var idi. Dağıntılar altından insanları çıxardıq. Təxliyədən təxminən 20 saniyə sonra uçmayan bina axtarış-xilasetmə işləri aparılan binanın üzərinə çökdü. Təəssüf ki, axtarış-xilasetmə qrupu dağıntılar altında qalıb”, - deyə o, “Twitter” hesabında bildirib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...
