Türkiyədə dünyanın ilk ağıllı sualtı minası yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada ilk dəfə olaraq Türkiyədə uzunmənzilli ağıllı sualtı mina yaradılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, mina “F-16” qırıcılarından, “Akıncı” və “Aksunqur” PUA-larından yüksək hündürlükdən atıla bilir ki, bu da onu aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.
Yeni silah İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim olunacaq. Mina Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Şirkəti, KOC Müdafiə və Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutuna daxil olan Texnologiya Araşdırmalar Şurasının konsorsiumu tərəfindən yaradılıb.
Layihənin məqsədi, tərtibatçıların fikrincə, “MK-84” ümumi təyinatlı bombaları hücum dəniz minalarına çevirməkdir.
Bunun üçün minanın yaradıcıları ona qanadlı bələdçi, hədəfləri aşkar etmək üçün ağıllı funksiya və minaatan qurğunu əlavə ediblər.
Oxşar xəbərlər
Türkiyənin yeni silahı: UÇA - FOTO
Türkiyə Milli Müdafiə Sənayesi UÇA adlı yeni hərbi texnika istehsal edib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Tədqiq...