Türkiyədə daha 57 nəfər koronavirusun qurbanı olub

Türkiyədə daha 57 nəfər koronavirusun qurbanı olub
Siyasət 82

Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 641 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 977 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 133 721 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində sağalanların ümumi sayı 82 984 nəfər təşkil edir.

Son xəbərlər