Türkiyədə bələdiyyə başqanı rüşvət iddiası ilə həsb olundu - FOTO

Türkiyənin İzmir vilayətinin Menderes rayon Bələdiyyəsində yerli polis anti-korrupsiya əməliyyatı keçirilib.
BAKU.WS xəbər verir ki, əməliyyat çərçivəsində bələdiyyə başqanı Mustafa Kayalar və rayon şurasının üzvü Ertan Güleç saxlanılıb.
Menderes Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində əldə edilən sənədlərin araşdırılması nəticəsində müəyyən edilib ki, tikintisi davam edən 5 ulduzlu otelə qanunsuz icazə verilib.
Bunun müqabilində Menderes bələdiyyə başqanı Mustafa Kayalar və rayon şurasının üzvü Ertan Güleç iki villa verilib.


Oxşar xəbərlər
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 83 nəfərə çatıb - YENİLƏNİB - VİDEO
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb. “Haber Global”ın yaydığı məlumata görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən...
