Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq təlim başladı

Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq təlim başladı
Siyasət 60

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Müdafiə Nazirliyindən BAKU.WS verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ərazinin maketi üzərində ətraflı brifinq təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunur.

Təlim iyunun 4-dək davam edəcək.

Son xəbərlər