Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib

Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr kürsüsündən imtina edib.
O, 13 ildən sonra Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib.
Müxalifət qüvvələrinin yeni lideri isə Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub.
Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb.
Özel əczaçıdır və bir müddət bu peşədə çalışıb. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 2015-ci ildə isə onun deputat qrupunun sədri olub.
CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ölkədə ikinci güclü siyasi qüvvədir. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.//report
Oxşar xəbərlər
28 oktyabr 1923-cü ildə nə baş verdi? Atatürkün milli sirri! - FOTO
Atatürk gənclik illərində beynində çiçəklənməyə başlayan cümhuriyyət idealını Qurtuluş Savaşı (Milli Mübarizə) illərində açıq şəkildə ifadə etməmiş və Cümhuriyy...
