Türkiyədə AK Partinin təşkilatlarından birinin binasına 14 dəfə atəş açılıb

20
apr
2023
19:47
Adanada AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.
BAKU.WS "report"a istinadən xəbərinə görə, gənc kişi ümumilikdə 14 dəfə atəş açıb.
Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.
AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb: "Bütün təşkilatımıza keçmiş olsun".
Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...
