Türkiyədə 6-cı Etnoidman Forumu başlayıb, Azərbaycan da təmsil olunur
17
fev
2024
16:47
Türkiyənin Antaliya şəhərində 6-cı Etnoidman Forumu başlayıb.
"Report" xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulsa da, 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələlər səbəbilə forum təxirə salınıb.
"Dünyanın hər yerində, ənənələrini yaşayan və yaşadan cəmiyyətlərlə əlaqələrimizi yaxşılaşdırmaq üçün mübarizə aparırıq", - deyə o əlavə edib.
Forumun açılış mərasiminə Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...