Türkiyədə 3 nəfər seçki məntəqəsində öldü
Türkiyədə 3 seçici seçki məntəqəsində səs verən zaman ürəktutmadan vəfat edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisələr Trabzonun Akçaabat, Giresunun Espiye rayonlarında və Rize şəhərində qeydə alınıb.
Məlumata görə, Trabzonda səs verən 75 yaşlı Aysel Ulusoyun da səhhəti gözlənilmədən pisləşib. Ulusoy ətrafdakıların ilk müdaxiləsindən sonra xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Oxşar hadisə Giresunda da baş verib. Belə ki, 85 yaşlı İsmail Yıldızın halı qəfildən pisləşib. Hadisə yerinə gələn təcili təbii yardım xidmətinin əməkdaşları onun həyatını xilas edə bilməyiblər.
Rizenin Pazar rayonunda da çay qəbulu müəssisəsində təşkil olunan seçki məntəqəsində Ədalət və İnkişaf Partiyasından olan seçki müşahidəçisi Şeref Kurt infarkt keçirib. 64 yaşlı kişi dərhal təcili yardımla Kaçkar Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq Kurtu xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Ərdoğan, Kılıçdaroğlu və digər namizədlər səs veriblər - YENİLƏNİB - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib. BAKU.WS xəbər verir ki, bu barədə “Anadolu” m...