Türkiyədə 2 erməninin ayaqqabılarından qızıl külçələr ələ keçib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qars şəhərində iki Ermənistan vətəndaşının ayaqqabılarının içərisində gizlədilmiş 1 kilo 51,74 qram bazar dəyəri təxminən 3,5 milyon lirə olan külçə qızıl ələ keçirilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qars Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi (KOM) və Terrorla Mübarizə Şöbə Müdirliyi (TEM) qrupları aparılan yoxlamalar zamanı şübhələndikləri 2 nəfəri dayandırıb.
Ermənistan vətəndaşı olduğu müəyyən edilən şübhəlilərin üzərində axtarış aparan polis, ayaqqabılarının içərisindən 7 ədəd 1 kilo 51,74 qram qaçaqmalçılıq yolu ilə gətirilən külçə qızıl aşkar edib.
Bazar dəyəri təqribən 3,5 milyon lirə olan qızılla bağlı 2 şübhəli barəsində 5607 saylı Qaçaqmalçılıqla Mübarizə Qanununu pozma cinayəti ilə əlaqədar qanuni iş başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə qaçaq avtomobil əməliyyatı: 25 milyonluq vasitələr müsadirə edildi - FOTO
Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilən nəzarətlər zamanı qeyri-qanuni əməliyyat...