Türkiyədə 1 gündə 11 milyondan çox ağac əkildi - FOTO

Türkiyədə 1 gündə 11 milyondan çox ağac əkildi - FOTO
Foto
Siyasət 543
Türkiyədə 11.11.2019-cu il saat 11:11-dən etibarən kütləvi ağacəkmə aksiyası keçirilib.BAKU.WS xəbər verir ki, “Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində 11 milyon ağacın əkilməsi hədəflənsə də, əhali tərəfindən 13 milyondan ağac alınıb.“Bu gün ağac, sabah nəfəs” şüarı ilə keçirilən aksiyada 1 gün ərzində 11 milyon ağac əkilib.Türkiyənin Çorum rayonunda 1 saatda 156 hektar ərazidə 232 min 647 ədəd ağac əkilərək dünya rekordu da qırılıb. Rekordun “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcəyi bildirilir.Məlumata görə, ilin sonuna qədər daha 9 milyon ağac əkiləcək. 2023-cü ilə qədər isə ümumilikdə 7 milyard ağacın əkilməsi planlaşdırılır.Qeyd edək ki, 11 noyabr tarixi Türkiyə Milli Ağaclandırma Günü elan edilib və hər il həmin ün kütləvi ağacəkmə aksiyası keçiriləcək.

Oxşar xəbərlər

Son xəbərlər