Türkiyə və Braziliya XİN Qəzzadakı durumu müzakirə ediblər
12
dek
2023
22:57
Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Braziliya XİN-in baş katibi səfir Mariya Laura da Roça ilə Qəzzadakı vəziyyəti müzakirə edib.
“Report” Türkiy XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər BMT-nin Cenevrə şəhərindəki inzibati binasında görüşüb.
“Görüşdə Qəzzadakı mövcud durum və humanitar yardım cəhdləri başda olmaqla ölkələrimiz arasındakı əməkdaşlıq xüsusları ətrafında fikir mübadiləsi aparılıb”, - xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.
Oxşar xəbərlər
Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİB - VİDEO
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər. ***16:01 Rusiya...