Türkiyə Silahlı Qüvvələri “Qətiyyət-2021” təlimlərinə start verib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Silahlı Qüvvələri Egey və Şərqi Aralıq dənizlərində “Qətiyyət-2021” təlimlərinə start verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi tviter hesabında verilən məlumatda deyilir: “Egey və Şərqi Aralıq dənizlərində keçiriləcək “Qətiyyət-2021” təlimləri başladı.
Təlimlər çərçivəsində Türkiyənin quru, hərbi dəniz və hərbi hava qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığına aid texnikanın qarşılıqlı fəaliyyətinin, qarşılıqlı dəstək imkanlarının sınaqdan keçirilməsi planlaşdırılır”.
Oxşar xəbərlər
Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır? - TƏHLİL
Ermənistanın iyulun 12-dən etibarən Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşlərinin müşayiəti ilə Azərbaycan Ordusunun mövqelə...