Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin baş ofisi İstanbul şəhərində yerləşən “Aran Mobilya Dekorasyon İnşaat Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı qərar şirkətin İdarə Heyətinin bu gün keçirilmiş iclasında qəbul edilib.
Qərarda deyilir ki, dost və qardaş ölkə Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsinin iqtisadi inkişafına dəstək vermək üçün orada yeni şöbə açılsın. Şöbənin qeydiyyatdan keçirilməsi və digər prosedurlar “Aran Mobilya Dekorasyon İnşaat Sanayi ve Ticaret Limited” şirkətinin Bakı filialına həvalə olunsun.
Oxşar xəbərlər
Tural Gəncəliyev: "Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşamağa hazırdır"
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı i...