Türkiyə səfiri: Parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə yazıb.
"Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.
Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq", – o qeyd edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...