Türkiyə səfiri: "Azərbaycanın yanındayıq və beynəlxalq ictimaiyyət Bakının səylərini dəstəkləməlidir" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Haqlı mübarizəsində Azərbaycanın yanındayıq".
BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Bakıdakı diplomatik missiyalar, hərbi atteşələr və media qurumlarının təmsilçiləri ilə birlikdə Ağdam-Xankəndi yolundadır:
"Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə aparmağa səy göstərdiyi humanitar yük və mövcud vəziyyət barədə diplomatik missiyaları və medianı məlumatlandırdı".
Səfir qeyd edib ki, Türkiyənin beynəlxalq ictimaiyyətdən gözləntisi regionda sülh və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi üçün atdığı addımların, o cümlədən Bakının humanitar yardım səylərinin dəstəkləməsidir.
Bakü‘deki diplomatik misyonlar, askeri ateşelikler ve medya kuruluşlarıyla birlikte Ağdam-Hankendi yolundayız.
— Cahit Bağcı (@cahitbagci) August 31, 2023
Azerbaycan Kızılayı tarafından Hankendi’ye ulaştırılmaya çalışılan insani yardım tırları ve gündem hakkında Cumhurbaşkanı Yardımcısı @HikmetHajiyev diplomatik… pic.twitter.com/Gt2rAl5MHm
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...