Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olunub - FOTO

Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olunub - FOTO
Foto
Siyasət 61

Bu gün Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının foyesində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotosərgisi nümayiş olunub.

“Report”un Ankara bürosunun xəbərinə görə, sərgi Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi çərçivəsində baş tutub.

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar, Silahlı Qüvvələrin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar sərgi ilə tanış olublar.

Sərgidə “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabı ilə yanaşı, nəfis tərtibatlı “Şuşa” kitabı, Türkiyə və Azərbaycan Prezidentlərinin bir araya gəldikləri tədbirləri əks etdirən fotolar, iki ölkənin qardaşlığını simvolizə edən şəkillər də yer alıb.

Oxşar xəbərlər

Prezident bu şəxsləri əfv etdi  - SƏRƏNCAM

Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...

9860 Siyasət 16:02 18 mart 2021

Son xəbərlər