Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib.
Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.
Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər.
"33-cü ildönümündə biz "Xocalıya ədalət" tələbimizi bir daha təsdiqləyirik ki, bu faciəyə görə məsuliyyət daşıyanlar yeni Xocalı soyqırımının baş verməməsi üçün Beynəlxalq Məhkəmə qarşısına çıxarılsın", - vəqfdən bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...