Türkiyə parlamentində Xocalı sərgisi təşkil olunacaq
24
fev
2021
22:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, sərgidə soyqırımı zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlər nümayiş etdiriləcək.
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və TBMM-in ev sahibliyi ilə baş tutacaq sərgidə qardaş ölkənin parlamentinin sədri Mustafa Şentop da iştirak edəcək.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...