Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzv olmasına icazə verdi

Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzv olmasına icazə verdi
Siyasət 103

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, təklif deputatların səsverməsinə çıxarılıb.

Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.

Baş Assambleyada qəbul edilən mətn təsdiq üçün Prezident Rəcəb Tayyib Ərdoğana göndəriləcək.

Son xəbərlər