Türkiyə Ordusunun iki hərbçisi şəhid olub
25
iyl
2021
10:20
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, “Fırat qalxanı” antiterror əməliyyatı rayonunda Türkiyə Ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, “Fırat qalxanı” antiterror əməliyyatı rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.
Oxşar xəbərlər
Türkiyə ordusu qisasını aldı: 3 şəhid qarşılığında 33 terrorçu məhv edildi - VİDEO
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində “Qartal Pəncəsi-2” adlı antiterror əməliyyatı zamanı ikisi rəhbər olmaqla, 33 PKK terrorçusu...