Türkiyə ordusundan PKK-ya 1 milyard dollarlıq ZƏRBƏ - VİDEO

Türkiyə ordusundan PKK-ya 1 milyard dollarlıq ZƏRBƏ - VİDEO
Video
Siyasət 2

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında ABŞ-nin himayəsi altında olan terror qruplaşmalarına qarşı endirdiyi zərbələrin miqyası açıqlanıb.

Bu barədə "haber7" portalı yazıb.

İraqın şimalında son 3 ayda 11 hücum zamanı 31 Türkiyə əsgərini qətlə yetirən PKK terror təşkilatının hərbi və logistik fəaliyyət sahələri məhv edilib.

Rəqəmlərə əsasən, Türkiyə ordusu Suriya və İraq ərazisində hərbi təyyarə və PUA-larla PKK və onun hərbi qanadlarına məxsus 104 hədəfi vurub.

Bunların hərbi qərargah, silah anbarı, fabrik, neft, qaz və elektrik kimi strateji obyektlər də var. Suriyada yerləşən “Suveydiye 2” neft obyekti bütün cihaz və avadanlıqları ilə birlikdə tamamilə yanıb.

Terrorçuların ümumilikdə 1 milyard dollar ziyan gördüyü açıqlanıb.

Son xəbərlər