Türkiyə Ordusu "Qış əməliyyatı"na başladı

Türkiyə ordusu PKK terrorçularının sığındığı ehtimal edilən bölgələrdə zərərsizləşdirmək üçün yeni "Qış əməliyyatı"na başlayıb.
BAKU.WS xəbər verir ki, “Eren Abluka Payız-Qış-11 (Şırnak-Cudi Dağı) Şəhid İsmail Can Akdeniz Əməliyyatı"na Şırnak şəhərində start veriib. Hazırda əməliyyatda 615 nəfərlik heyət iştirak edir.
İlk gün Cudi Dağı ətrafında 11 sığınacaq və 10 mağara aşkar edilib. Sözügedən sığınacaqlarda aparılan axtarışlar zamanı 7 ədəd RPG-7 tipli qumbaraatanlar, 3 ədəd əl qumbarası, 3 ədəd minaatan, 160 ədəd müxtəlif diametrli güləl, 25 kiloqram müxtəlif qida vəsaitləri, 2 batareya və digər ləvazimatlar ələ keçirilib.
Əməliyyatın davam etdiyi bildirilir.
Oxşar xəbərlər
Dünyada ilk dəfə Türkiyədə lazer silahlı pilotsuz uçuş aparatı sınaqdan keçirilib
Türkiyənin istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı “Eren” dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb. BAKU.WS “report”a ist...
