Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib
                            
                                28
                                dek
                            
                                2020
                                23:28
                            
                            Türkiyə ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının 8 silahlısını zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində bildirilir:
“İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”.
Oxşar xəbərlər
Türkiyə ordusu Suriyada terrorçu qrupu zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib...