Türkiyə ordusu 5 PKK terrorçusunu zərərsizləşdirdi - VİDEO

Türkiyə ordusu 5 PKK terrorçusunu zərərsizləşdirdi - VİDEO
Siyasət 58

Türkiyənin Ağrı Doğubayazıt çöllərində və Batman vilayətinin Hasankeyf mahalına bağlı Palamut kəndi çöllərində həyata keçirilən "Bozdoğan-43" əməliyyatında 5 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Öldürülən terrorçuların bir çoxunun xain hücumlarda iştirak etdiyi və Türkiyə hərbçilərini qətlə yetirdiyi müəyyən edilib.

Terrorçulara qarşı əməliyyatda Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri, ATAK hücum helikopterləri və "J-SİHA" pilotsuzları da iştirak edib.

Zərərsizləşdirilən terrorçulardan 1-i qırmızı, 3-ü isə narıncı bülletenlə axtarışda olub.

Son xəbərlər