Türkiyə MİT PKK-nın istifadə etdiyi Fransanın zavodunu da bombaladı - FOTO

Türkiyə MİT PKK-nın istifadə etdiyi Fransanın zavodunu da bombaladı - FOTO
Foto
Siyasət 31

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) son üç gündə Suriyanın Hələb, Həsəkə və Rəqqa şəhərlərində PKK/YPG terror təşkilatına məxsus onlarla hədəfi məhv edib.

Hələbin Aynularab rayonunda Fransanın “Lafarge” sement şirkətinə məxsus obyektin yerləşdiyi şəhərcik də hədəflər arasında olub.

Belə ki, fabrik terror təşkilatı PKK/YPG tərəfindən qondarma hərbi qərargah kimi istifadə edilib.

Qeyd edək ki, "Anadolu" agentliyi 7 sentyabr 2021-ci il tarixində Fransanın “Lafarge” şirkətinin Fransa kəşfiyyatının məlumatı ilə İŞİD terror təşkilatını maliyyələşdirdiyini sübut edən sənədləri dərc edib və bu sənədlər bütün dünyada geniş əks-səda doğurub.

Sənədlərə görə, “Lafarge” İŞİD terror təşkilatı ilə əlaqələri barədə Fransa kəşfiyyat orqanlarını daim məlumatlandırıb. İŞİD "Lafarge"dən aldığı sementləri sığınacaq və tunellərin tikintisində istifadə edib.

2017-ci ilin iyun ayında şirkətə qarşı açılan istintaq çərçivəsində bəzi yüksək səviyyəli menecerlər, o cümlədən "Lafarge"nin Direktorlar Şurasının sədri Bruno Lafont terroru maliyyələşdirməkdə ittiham edilib.

ABŞ-də Nyu-Yorkun Bruklin şəhərindəki federal məhkəmədə çıxış edən "Lafarge" İŞİD-ə yardım etməkdə günahını etiraf edib və 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb.

Son xəbərlər