Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunub
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, görüşdən sonra yazılı açıqlama yayılıb.
Bildirilib ki, toplantıda müzakirə olunan mövzular arasında Ermənistanla normallaşma prosesi də olub.
Həmçinin Azərbaycanla Naxçıvan arasında maneəsiz daşımalara imkan yaradacaq və regionun bütün ölkələrinin xeyrinə nəticələr verəcək nəqliyyat xəttinin (TRIPP - Zəngəzur dəhlizi - red.) əhəmiyyəti qeyd edilib. Habelə, bölgədə tam sülhün bərqərar olması əzmi vurğulanıb.
İclasda terrora qarşı mübarizə, Qəzza və Suriyadakı vəziyyət, Rusiya-Ukrayna münaqişəsi kimi mövzulara da toxunulub.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. BAKU.WS xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi il...