Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO
Video
Siyasət 8072

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Türkiyə mətbuatında yer alan bir videoda həmyerlimiz, rejissor Kənan Musayevin çəkdiyi videogörüntünü prezident Rəcəb Tayyib Ərdoğan Qranadada oxunan azan kimi dinləyir.

Görüntü Sabah, Axşam, Hürriyet, Ulduz, TRT Haber, T24, atv , show tv və Star xəbərdə yayımlanır.

Türkiyə mətbuatı bu görüntüləri İspaniyanın Qranada şəhərinə aid olduğunu iddia edir. Türklər sosial şəbəkələrdə bu məlumatı “Azan 500 il ərzində ilk dəfə İspaniyanın Qranada şəhərində“ başlıqları ilə paylaşıblar.

Əslində isə video Balakənə aiddir. Oradakı görüntülər də həmyerlimiz Kənan Musayevindir. O Balakənin mərkəzində yerləşən minarənin videosunu çəkib və üzərinə iranlı musiqiçi Mehdi Yarrahinin ifa etdiyi azan səsini əlavə edib.

Videoda görünən məscid Balakənin Cümə məscididir.

Videonun müəllifi Kənan Musayevin sözlərinə görə, o, bu videoyla bağlı çox məyus olub.

Son xəbərlər