Türkiyə iki Afrika ölkəsini barışdırmağa çalışacaq

Türkiyənin vasitəçiliyi ilə bazar ertəsi Ankarada Somali və Efiopiya arasında mübahisələrin həlli üzrə danışıqların ikinci raundu planlaşdırılır.
Bu barədə “Star” qəzeti diplomatik mənbələrə istinadən xəbər verir.
Əvvəlcə danışıqlar sentyabrın 2-nə planlaşdırılsa da, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iki ölkə rəhbərliyi arasındakı danııqlardan sonra görüş avqustun 12-nə təyin olunub. Görüşün nazirlər səviyyəsində baş tutacağı gözlənilir.
Ötən həftə sonu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Efiopiyanın baş naziri Abiy Əhməd və Somali prezidenti Həsən Şeyx Mahmudla telefon danışığı aparıb. O, Ankaranın iki ölkə arasında gərginliyin azaldılması üçün səylərini davam etdirəcəyinə əmin edib və danışıqların uğurlu olacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİB - VİDEO
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər. ***16:01 Rusiya...
