Türkiyə hərbçiləri Qarabağda monitorinq üçün Azərbaycana yola düşdü - Hulusi Akar
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində iştirakına cəlb olunan Türkiyə hərbçiləri Azərbaycana yola düşüblər.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.
Nazir Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülər və qoşun növləri komandirlərinin iştirakı ilə videokonfrans formatında keçən ilin yekunlarına həsr olunmuş iclasda Cənubi Qafqazdakı vəziyyətə toxundu.
H.Akar Birgə Monitorinq Mərkəzi yaradılması üzrə Memorandumun Rusiya tərəfi ilə bu il 9 Noyabrda imzalandığını xatırladıb.
H.Akar bildirib ki, Azərbaycanda olan Türkiyə hərbçiləri Birgə Mərkəzdə işlərin başlanmasını gözləyirlər.
Onun sözlərinə görə, Atəşkəs Rejiminə Nəzarət Mərkəzinin inşası başa çatdıqdan sonra və fəaliyyətə başlayan kimi Türkiyə Silahlı Qüvvələrinin bir general, 35 zabiti vəzifələrini icra edəcəklər.
Nazir vurğulayıb ki, Ankara qardaş Azərbaycanı dəstəkləmək üçün əlindən gələni edəcək.
Oxşar xəbərlər
"Bir general və 35 zabit Monitorinq Mərkəzində fəaliyyətə başlayacaq" - Hulusi Akardan AÇIQLAMA
“Azərbaycan 30 il işğal altında olan torpaqlarını 44 gün ərzində işğaldan azad etdi”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyənin Milli müda...