Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
05
sen
2023
12:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumatda general Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin imzalanmasının ildönümüdür
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ildönümüdür. BAKU.WS xəbər ver...