Türkiyədə 13 mindən çox adam saxlanılıb
24
iyl
2016
09:51
Dövlət çevrilişinə cəhddən sonra 13 min 165 nəfər saxlanılıb. Bunlardan 8 min 838 nəfəri əsgər, 2 min 101-nəfəri hakim və prokuror, 1485 nəfəri polis, 52 nəfəri mülki idarə rəisi, 689 nəfəri isə mülki vətəndaşdır.
BAKU.WS Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 23-də xalqa müraciəti zamanı bildirib. Prezident Ərdoğan deyib: "5 min 863 nəfər, o cümlədən 123 general, 282 rütbəli polis işçisi, 1559 hakim və prokuror saxlanılaraq həbs edilib. Hazırda digərlərinin dindirilməsi davam edir”.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb
Türkiyədə Fəthullah Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb. Bu barədə Trend Haber 7 telekanalına istinadən xəbər verir. Qeyd edək ki,...