Türkiyə Nazirlər Kabinetinin binasında axtarışlar başlayıb - Çox sayda məmur işdən uzaqlaşdırılıb
19
iyl
2016
14:30
Türkiyə Nazirlər Kabinetinin binasında axtarışlar başlayıb.
BAKU.WS Türkiyə KİV-inə istinadən məlumat verir ki, polis əməkdaşları paytaxt Ankara şəhərində yerləşən əlavə xidməti binaya giriş-çıxışı məhdudlaşdırıb.
Xeyli sayda məmurun şəxsiyyətini təsdiq edən sənədinin müsadirə edildiyi və vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Eyni zamanda, polislərin çoxlu sayda sənədi araşdırılması üçün götürüldüyü deyilir.
Axtarışlar 15 iyul tarixində baş vermiş hərbi çevriliş cəhdi ilə bağlıdır.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə gecə əməliyyatında 7850 polis işdən çıxarıldı
Türkiyədə hərbi çevrilişə cəhddən sonra dövlət qurumlarında aparılan əməliyyat davam edir. BAKU.WS "Hürriyet”-ə istinadən məlumat verir ki, Türkiyə ərazisində...