Türkan Şorayın son vəziyyəti açıqlandı - FOTO

Türkan Şorayın son vəziyyəti açıqlandı - FOTO
Siyasət 644

Türk kino sənətinin sultanı Türkan Şorayın son vəziyyəti açıqlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, mayın əvvəlləridnə sətəlcəm diaqnozu qoyulan 78 yaşlı aktrisa son vəziyyəti barədə danışıb.

Şoray bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb. Hazırda müalicəsi evdə davam edən aktrisa səhhətində irəliləyiş olduğunu vurğulayıb:

"Bir aya yaxındır sətəlcəmdən müalicə alırdım. Bu gün həkimim mənə xəstəxanada xüsusi gün təyin etmişdi. O mənə səhhətimin artıq yaxşı olduğunu dedi. Həkimlərimiz başımızın tacıdır".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkan Şoray səhhətindəki problemə görə Kipr şəhidlərini anma və qazilərlə görüş proqramına qatıla bilməmişdi.

Son xəbərlər