Türk Şurasının adı dəyişdiriləcək
31
mar
2021
19:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəxri sədri Nursultan Nazarbayevin təşkilatın adının dəyişdirilməsinə dair təklifi dəstəklənib.BAKU.WS APA-ya istinadən xəbər verir ki,, bu barədə Türk Şurasına üzv dövlətlərin liderlərinin qeyri-formal görüşünün yekunu ilə bağlı qəbul olunan bəyanatda bildirilib.Qeyd olunub ki, bununla bağlı xarici işlər nazirlərinə və Baş katibliyə 2021-ci ildə Türkiyədə keçiriləcək VIII Zirvə Görüşündə qəbul ediləcək müvafiq qərar layihəsinin hazırlanmasına dair təlimat verilib.Xatırladaq ki, Türk Şurasının 2019-cu ildə Bakıda keçirilmiş VII Zirvə Görüşündə N. Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi təklifi ilə çıxış edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...