Türk dövlətləri Azərbaycanın reinteqrasiya səylərini və Qarabağdakı quruculuq işlərini alqışlayıb

"Azərbaycan Respublikasının suverenliyinin 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirlərindən sonra tamamilə bərpa edilməsini alqışlayırıq".
"Report" xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.
Bəyannamədə, həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib.
Bundan başqa, türk dövlətləri bəyan edib ki, bu işdə onlar Azərbaycana öz töhfələrini davam etdirməyə hazırdırlar.
Oxşar xəbərlər
Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO/VİDEO - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada “Türk Əsri” çağırışı altında keçirilən 10-cu...
