Tualetin divarını deşib 400-dən çox “iPhone” oğurladılar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Vaşinqton ştatının Linvud şəhərində qeyri-adi oğurluq hadisəsi olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ticarət mərkəzində “Apple Store” mağazasına bitişik kafenin tualetini deşən oğrular mağazaya daxil olaraq 400-dən çox “iPhone” telefonunu oğurlayıblar.
Linvud Polis Departamentinin məlumatına görə, oğurluq hadisəsi axşam saat 19-20 radələrində baş verib. Ertəsi gün səhər “Apple” mağazasının işçiləri işə gələndə “iPhone”lər düzülmüş divarının bütünlüklə yox olduğunu görüblər.
Bildirilib ki, mağazadan ümumilikdə təxminən 500 min dollar dəyərində mal oğurlanıb. Bunlar 436 iPhone və qeyri-müəyyən miqdarda digər “Apple” elektronik cihazlarıdır.
Qeyd edək ki, hələlik hadisə ilə bağlı həbs olunan yoxdur.
Oxşar xəbərlər
11 sentyabr terrorundan 21 il ötür - FAKTLAR + FOTO
21 il əvvəl, 2001-ci il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. BA...