Tripolidə silahlı qarşıdurmada 23 nəfər ölüb, 140 nəfər yaralanıb
28
avq
2022
10:57
Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeyba ilə Tobrukdakı parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaqa bağlı qruplar arasında silahlı toqquşmalar zamanı 23 nəfər ölüb, 140 nəfər yaralanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, avqustun 26-da axşam başlayan döyüşlər paytaxtın bir neçə rayonunu əhatə edib.
Ötən gecədən atışmalar dayanıb.
Liviya Səhiyyə Nazirliyi atışmalar zamanı ən azı 6 xəstəxanaya ziyan dəydiyini açıqlayıb. Eyni zamanda paytaxtda bir neçə avtomobil yanıb.
Oxşar xəbərlər
Liviyanın paytaxtında şiddətli döyüşlər başlayıb
Liviyanın paytaxtı Tripoli ətrafında şiddətli döyüşlər başlayıb və gün ərzində davam edib. BAKU.WS xəbər verir ki, Tripolinin ətrafındakı silah anbarına hücum e...