TRANSCO: UNEZA-nın 2030-cu ilə kimi xalis sıfır hədəfi təkcə istək deyil
Kommunal müəssisələrin sıfır tullantı alyansının (The Utilities for Net Zero Alliance - UNEZA) 2030-cu ilə kimi xalis sıfır hədəfi təkcə istək deyil, həm də vacibdir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin TRANSCO (Abu Dhabi Transmission & Despatch Company) şirkətinin baş direktoru Afif Saif Al Yafe COP29 çərçivəsində təşkil olunmuş Kommunal Xidmətlər üzrə Baş İcraçı Direktorların tədbirində bildirib.
Onun sözlərinə görə, bu, konkret, həyata keçirilə bilən addımlara əsaslanır: "Biz təmiz enerjini dünyanın bütün regionları üçün əlçatan etmək üçün bu sahələrə investisiyaları prioritetləşdirməliyik. UNEZA-nın dəstəklədiyi Şəbəkələr və Saxlama öhdəliyi 2030-cu ilə qədər qlobal enerji saxlama qabiliyyətini 6 dəfə artıraraq 1 500 giqavata çatdırmağı öhdəsinə götürür. Bu, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) proqnozlarına uyğundur".
Bununla yanaşı, onun sözlərinə görə, 2030-cu ilə qədər qlobal miqyasda yaşıl infrastrukturla bağlı 25 milyon kilometrlik şəbəkə əlavə edilməsi, 2040-cı ilə qədər əlavə 65 milyon kilometrlik şəbəkənin yaradılması hədəfi iddialıdır, lakin onlar bərpa olunan enerji istehsalının milli şəbəkələrə etibarlı şəkildə inteqrasiyasını təmin etmək üçün zəruridir: "Bu fəaliyyət misli görünməmiş səviyyədə əməkdaşlıq, eləcə də sektorlar və regionlar arasında əlaqələndirilmiş fəaliyyət tələb edəcək".
Oxşar xəbərlər
COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə...