Trampın hesabını bloklayan “Twitter”in səhmləri ucuzlaşır

ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra “Twitter”in səhmləri ABŞ-dakı hərraclarda təxminən 4 % ucuzlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, “Twitter”in səhmləri 49,54 ABŞ dolları həcmində ticarət olunub.
Bu da öncəki günün bağlanış qiyməti ilə müqayisədə 3,77 %-lik azalma deməkdir.
Xatırladaq ki, bundan əvvəl “Twitter” rəhbərliyi şiddətə təhriketmə riski səbəbindən Trampın hesabına girişi yasaqlayıb. Bundan sonra isə Trampın seçki qərargahının hesabı bloklanıb. Bütün bunlardan öncə isə ABŞ-ın hazırkı başqanının “Facebook”, “Instagram”, “Twitch”, “Snapchat” səhifələri bloklanmışdı.
Oxşar xəbərlər
“Twitter” Trampın hesabını həmişəlik dondurdu - FOTO
“Twitter” ABŞ prezidenti Donald Trampın hesabını daimi olaraq dondurub. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin özü xəbər yayıb. “...
