Tramp Kim Çen Inla görüşdən imtina edti
24
may
2018
19:22
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə görüşdən imtina edib.Bu barədə D. Tramp K. Çen Ina göndərdiyi məktubunda bildirib. "Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirilən böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq, mən hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan bu görüşü keçirmək məqsədəuyğun deyil", - deyə məktubda qeyd olunub.Bununla yanaşı, ABŞ prezidenti gələcəkdə bu cür görüşə hazır olduğunu da söyləyib: “Mən nə vaxtsa (gələcəkdə) sizinlə görüşü səbirsizliklə gözləyirəm”.Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.BAKU.WS
Oxşar xəbərlər
Trampın Kim Çen Inla görüşünün vaxtı və yeri məlum olub
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb.BAKU.WS-in məlumatına görə, D.Tramp bu barədə öz "Twitter" səhifəsind...