Tramp Baydeni "tərəvəz" adlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp milyarder və iş adamı İlon Maska müsahibəsi zamanı hazırkı dövlət başçısı Co Baydeni "tərəvəz" adlandırıb.
"Bayden mənim fikrimcə, tərəvəz olmağa çox yaxındır," - deyə o, bildirib.
Tramp, Baydenin çimərlikdə istirahət etdiyi görüntülərə baxdığını və onun zorla gəzə bildiyini qeyd edib. "Bu, çox pis görünür. Elə bil bizdə ümumiyyətlə prezidentimiz yoxdur" - deyə siyasətçi əlavə edib.
Bundan əvvəl Bayden, noyabr ayında dövlət başçısı seçkilərində Trampın məğlub olması halında hakimiyyətin dinc yolla təhvil verilməsinə şübhə ilə yanaşdığını bildirmişdi.
Oxşar xəbərlər
Vətəndaş müharibəsi riski: ABŞ tarixinin ən qalmaqallı seçkisindən birinə hazırlaşır - FOTO
Birləşmiş Ştatlar tarixinin ən qalmaqallı və gərgin seçkisindən birinə hazırlaşır. Budəfəki seçki kampaniyasının ən ciddi hadisəsi şübhəsiz ki, Donald Trampa a...