Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə sərhədləri bağlayacağına söz verib
Keçmiş Amerika lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini dərhal bağlayacağına söz verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən sizin prezidentiniz olanda biz dərhal sərhədi bağlayacağıq, (miqrantların – Red) işğalını dayandıracağıq və Amerika tarixində ən böyük qanunsuz cinayət deportasiya əməliyyatına birinci gündən başlayacağıq”, – siyasətçi qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi administrasiya sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı Texas hakimiyyəti ilə münaqişədədir. Texas rəsmiləri sərhədin lazımi qaydada təmin edilmədiyini, rekord sayda qanunsuz köçkünün ABŞ-yə daxil olmasına icazə verdiyini təkid edir.
Oxşar xəbərlər
ABŞ-də Texas böhranın səbəbi nədir? - Qubernator buna görə Baydenə qulaq asmır - FOTO
ABŞ hökuməti ilə Texas ştatı arasında sərhəd təhlükəsizliyi ilə bağlı yurisdiksiya mübahisəsi davam edir. BAKU.WS xəbər verir ki, hazırda Texas ştatı Meksika s...