Tramp: ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi
ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.
"Münaqişə 37 il davam etdi. İki lider bildirdi ki, heç vaxt bu məsələnin həll oluna biləcəyini düşünməzdilər. Rusiya bu problemi həll etməyə çalışdı. Vəziyyət qəliz idi, lakin biz bunu bacardıq", - o bildirib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.
Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.
Oxşar xəbərlər
TRIPP iri investisiya layihələrinin həyata keçirilməsi üçün zəruri şərtdir – RƏY
TRIPP layihəsi ("Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" təşəbbüsü) iri investisiya layihələrinin həyata keçirilməsi üçün zəruri şərtdir. BAKU.WS xəbər...