"Trabzonspor" yenə baş məşqçisiz qaldı
05
apr
2023
13:15
Türkiyənin "Trabzonspor" kulubuna yeni təyin olunan baş məşqçi Orhan Ak istefa verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, Türkiyə kubokunun 1/4 final mərhələsində baş tutan və "Ankaragücü"nə 1:3 hesablı məğlub olduqları matçdan sonra postundan ayrıldığını açıqlayıb.
Orhan Ak "Trabzonspor"la 3 matçda 2 məğlubiyyət və 1 qələbə qazanıb.
Qeyd edək ki, Ak, bir neçə həftə öncə istefa verən Abdullah Avcıdan sonra müvəqqəti olaraq onun səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Klub mövsümün sonuna qədər Orhan Ak ilə davam etmək qərarı almışdı.
Oxşar xəbərlər
Britaniyanın Baş naziri vəzifəsinə namizədlərin adları açıqlanıb - SİYAHI
Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri Liz Trasın istefasından sonra ölkə hökumətinə rəhbərlik edəcək potensial namizədlərin a...