Tom Kruz kosmosda film çəkəcək

Tom Kruz kosmosda film çəkəcək
Siyasət 177

Ən çətin səhnələrdə dublyora ehtiyac görməyib özünü riskə atan məşhur aktyor Tom Kruz bu vaxta qədərki ən həyəcanlı layihəsinə imza atmağa hazırlaşır.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, o, İlon Maskın “SpaceX” şirkəti ilə əməkdaşlıq çərçivəsində kosmosda filmə çəkiləcək.

Layihənin reallaşması üçün hazırda NASA ilə danışıqlar davam edir.

Filmin hansı mövzuda olacağı, ssenaristinin, rejissorunun və aktyor heyətinin kimlərdən ibarət olacağı hələlik açıqlanmır.

Oxşar xəbərlər

Son xəbərlər