Marsdan bu vaxta qədərki ən aydın görüntü paylaşıldı - FOTO

Marsdan bu vaxta qədərki ən aydın görüntü paylaşıldı - FOTO
Siyasət 7293

NASA-nın kəşfiyyat vasitəsi olan “Curiosity” Marsda bu vaxta qədər çəkilmiş ən aydın və ən detallı panaromik fotonu yerə göndərib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu foto 24 noyabr-1 dekabr 2019 tarixləri aralığında çəkilmiş 100-dən çox fotonun birləşməsindən ibarətdir.

Hazırda “Curiosity” Marsda Şarp dağı adı verilən hissədə Torridon bölgəsini izləməyə davam edir.

Qeyd edək ki, “Curiosity” 2012-ci ildə Marsa enib. Bu aparat Marsda əvvəllər mikrobioloji canlıların ola biləcəyinə dair bir çox faktlar toplaya bilib.

Son xəbərlər