Tokayevin andiçmə mərasimi keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib və o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
BAKU.WS Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Tokayev and içdikdən sonra Qazaxıstan Respublikasının Dövlət Himni səsləndirilib.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının sədri Qazaxıstan Respublikası Prezidentinin vəsiqəsini dövlət başçısına təqdim edib.
Xatırladaq ki, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində namizəd Kasım-Jomart Tokayev seçicilərin 81,31 faizinin səsini toplayaraq qalib gəlib .
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...